Search

Axtarış


BDU alimləri Vyanada STAR-NET-in Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclasında iştirak ediblər

08/11/2017
Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetini Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent Flora Hacıyeva təmsil edib. Şəbəkənin icraçı direktoru Andrey Kosilov çıxış edərək tədbirin zəruriliyi, şəbəkənin strukturu, yenidən seçilməsi və rəsmi qeydiyyatdan keçdikdən sonra fəaliyyəti haqqında məlumat verib. BAEA-nın maliyyə dəstəyi ilə keçirilən iclasda şəbəkənin yeni strukturu müəyyənləşib və professor Məhəmmədəli Ramazanov yenidən rəyasət heyətinə üzv seçilib. Tədbirlə bağlı davam edən dəyirmi masalarda STAR-NET şəbəkəsi təhsil portalının geniş müzakirələri aparılıb və görülən işlər yüksək qiymətləndirilib. Müzakirələr zamanı tədbir iştirakçıları qeyd ediblər ki, nüvə texnologiyasının istifadəsi bugünkü dünya üçün reallıqdır və onun nəticəsinin ümümbəşəri əhəmiyyəti var. Nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır və hazırlıq işləri BAEA-nın nəzarəti altında aparılmalıdır. Qeyd edək ki, STAR-NET şəbəkəsi Beynəlxalq Atom Agentliyinin (IAEA) dəstəyi ilə 2015-ci ilin sentyabrında yaradılıb və Avstriyada rəsmi qeydiyyatdan keçib. STAR-NET regional şəbəkənin əsas məqsədi nüvə sahəsində biliklərin inkişafı, idarə edilməsi, saxlanılması, yüksəkixtisaslı insan ehtiyatlarının yaradılması, təhlükəsiz nüvə texnologiyası sahəsində kadrların formalaşdırılmasının yaxşılaşdırılmasıdır. Şəbəkəyə 6 ölkədən 12 universitet qoşulub və Bakı Dövlət Universiteti bu şəbəkənin üzvüdür. Onu da qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların Cventendorfdakı Atom elektrik stansiyasına ekskursiyaları təşkil olunub.

Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları İtaliyanın Roma şəhərində Beynəlxalq Elmi konfransda iştirak ediblər

02/10/2017
24-27 sentyabr 2017-ci il tarixində İtalyanın Roma şəhərində II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi (2nd International Conference on NANOTECHNOLOGY BASED INNOVATIVE APPLICATIONS FOR THE ENVIROMENT –NİNE 2017 adlı elmi konfransı keçirilmişdir. Konfrans Italian  Association of Chemical Engineering (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı H.A.Şirinova və  Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi K.Ə.Hüseynov Romada keçirilən bu kanfransda iştirak etmişlər.

Şərəfli ömrün məqamları

25/09/2017
XX  əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı.  Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.

Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida Nano araşdırmalar laboratoriyasında olmuşdur

07/11/2013

Bu gün Yaponiyanın Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida, satış və marketing şöbəsinin direktoru Keiji Takigawa, Tokyo Boeki şirkətinin Ukrayna ofisinin idarə edici direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində olmuşlar. Onlar BDU-nun Nano araşdırmalar laboratoriyasına baş çəkmişlər və Tokyo Boyko şirkətindən alınmış cihazların hazırkı vəziyyətləri ilə tanış olmuşlar. Nano araşdırmalar laboratoriyasında onlara prof. M.Ə.Ramazanov cihazların texniki vəziyyəti və bu cuhazlar vasitəsi ilə aparılan tədqiqatlar barədə ətraflı məlumat vermişdir. Sonra qonaqları BDU-nun rektoru akademik Abel Məhərrəmov qəbul etmişdir. Görüşdə Bakı Dövlət Universitetində elektron mikroskopunda işləmək üçün treyning mərkəzi yaratmaq haqqında danışıqlar aparılmış və razılığa gəlinmişdir. Gələcəkdə nanotexnologiyanın müxtəlif sahələrində, materialşunaslıq, nanotibb, nanotoksiqologiya və neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətlərində əməkdaşlıq haqqında razılığa gəlinmişdir. Qeyd edilən istiqamətlərdə treyninglər aparmaq üçün Yaponiyanın nüfuzlu şirkətlərindən, universitetlərindən mütəxəssislərin və professorların dəvət olunması barədə müzakirələr aparılmışdır. BDU-nun savadlı və bacarıqlı tələbələrinin elmə həvəsinin artırılması məqsədi ilə Tokyo Boeko şirkətinin xüsusi təqaüdünün verilməsi barədə razılıq əldə edilmişdir. BDU-da təbiət elmləri istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının elektron nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri müzakirə edilmişdir. Skanedici elektron mikroskopunun daha geniş imkanlarla işinin təmin edilməsi və nümunələrin tədqiqata hazırlanması üçün xüsusi qurğunun alınması barədə razılıq əldə edilmişdir.




Bookmark and Share