Search

Axtarış


Təbrik edirik

18/05/2018
Bakı Dövlət Universitetinin böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Turnir qaliblərindən biri Fizika fakültəsinin dekanı prof.  Ramazanov Məhəmmədəli Əhməd oğludur. Fakültə adından onu təbrik edir və yeni uğurlar arzu edirik.

Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir

23/04/2018
Fizika fakültəsi Nanoaraşdırmalar laboratoriyasında növbəti Elmi seminar keçirilmişdir.  Nanoaraşdırmalar mərkəzinin baş laborantı Vəliyeva Solmaz Bayram qızı  elmi tədqiqat işləri ilə bağlı çıxış etmişdir.  Vəliyeva Solmaz Bayram qızı  “Metal əsaslı nanohissəciklərin bitki toxumalarına sovrulması və lokalizasiyası” mövzusunda tədqiqat işlərinin nəticələrini təqdim edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

13/04/2018
Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş  Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova  Fəxri fərmanla təltif olunub.

Türkiyə Hacattepe Universitetinin professoru Olgun Guven Bakı Dövlət Universitetində olmuşdur

16/01/2012

16-18-yanvar 2012-ci il tarixlərində dünya şöhrətli alim, Hacattepe Universitetinin kimya fakultəsinin  "Polimerlərin radiasiya ilə tədqiqi" laboratoriyasının müdiri professor Olgun Guven Bakı Dövlət Universitetində olmuşdur. 16 yanvar 2012-ci il tarixində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov prof. Olgun Güveni qəbul edib. Tanınmış alimin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən Olgun Guven təmsil etdiyi universitetin BDU ilə əməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib. Türkiyə Kimyaçılar Cəmiyyətinin, Tətbiqi Kimya uzər Beynəlxalq Mərkəzin (İngiltərə), Amerika Kimyaçılar Cəmiyyətinin və Türkiyə Elmlər Akademiyasının üzvü olan prof. Olgun Guven BDU-da  «İonizing  Radiation:  A Versatile Tool for the Preparation of Nanomaterials: Metal Nanoclusters, Nanogels, Ion-Track Membranes" adlı məruzə ilə çıxış etmiş və alimlərin suallarına cavab vermişdir. Prof. Olgun Guven kafedrada olmuş, kafedrada nanokompozit strukturların alınması, tətqiqi və tətbiqi istiqamətində aparılan işlərlə yaxından tanış olmuş, aparılan işlərin nəticələrini yüksək qiymətləndirmişdir. O, Nanoaraşdırmalar laboratoriyasının maddi texniki bazası ilə yaxından tanış olmuş, laboratoriyada gələcəkdə birgə elmi tədiqat işlər aparmaq üçün razılığa gəlmişdir.



Bookmark and Share