Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Türkiyə Universitetlərinin rektorları Nano Araşdırmalar laboratoriyasının əməkdaşları ilə görüşü

04/10/2013

4 oktyabr 2013-cü il tarixində Türkiyənin 3 universitetinin rektoru- Sinop Universitetinin rektoru Recep Bircan, Canık Başarı Universitetinin rektoru Yunus Bekdemir və Kastamonu Universitetinin rektoru Seyit Aydın  Nano  Araşdırmalar laboratoriyasının əməkdaşları ilə görüşmüşlər. Görüş zamanı Fizika fakültəsinin dekanı  prof. M.Ə.Ramazanov laboratoriyanın tarixi, orada aparılan elmi tədqiqat işləri barədə qonaqlara ətraflı məlumatlar verilmiş, laboratoriyanın xarici əlaqələri barədə ətraflı məlumat verilmişdir.  Qonaqlara gələcəkdə ortaq araşdırmalar aparılması barədə təkliflər verilmiş  və nanomaterilaların alınması və tədqiqi ilə əlaqədar birgə əməkdaşlıq haqqında razılığa gəlinmişdir.





Bookmark and Share