Search

Axtarış


Nanoaraşdırmalar laboratoriyasının əməkdaşları İtaliyanın Roma şəhərində Beynəlxalq Elmi konfransda iştirak ediblər

02/10/2017
24-27 sentyabr 2017-ci il tarixində İtalyanın Roma şəhərində II beynəlxalq Nanotexnologiyanın ətraf mühitə innovativ tədbiqi (2nd International Conference on NANOTECHNOLOGY BASED INNOVATIVE APPLICATIONS FOR THE ENVIROMENT –NİNE 2017 adlı elmi konfransı keçirilmişdir. Konfrans Italian  Association of Chemical Engineering (AİDİC) və Roma Sapienza Universitetinin Kimya və materiallar mühəndisliyi fakültəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının aspirantı H.A.Şirinova və  Nanoaraşdırmalar laboratoriyasının kiçik elmi işçisi K.Ə.Hüseynov Romada keçirilən bu kanfransda iştirak etmişlər.

Şərəfli ömrün məqamları

25/09/2017
XX  əsrin ikinci yarısından başlayaraq təbiət elmlərinin inkişafında yeni bir tendensiya – multidisçiplinar tendensiyası üstünlük təşkil etməyə başladı. Elmlərin, xüsusilə öz inkişafında yüksək nailiyyətlər qazanmış fizika elminin digər elmlərlə inteqrasiyası dünya texnoloji elmlərin inkişafında yeni perspektivlər açdı.  Bu cür müqəddəs bir işdə indi 60 illik yubileyini qeyd etdiyimiz Mustafa müəllimin də böyük rolu var. Mustafa müəllimin 60 illik yubileyi haqqında bu yazını hazırlayarkən illərin necə də sürətlə keçdiyini anladım. Mən Mustafa müəllimlə 1975-ci ildə ali məktəbə eyni qrupda imtahan vermişəm və hələ onda onun aglına, intellektinə, qabiliyyətinə heyran olmuşdum. İndi ömrünün müdriklik çağına qədəm qoymuş istedadlı alimin həyatına bir cığır açaq və onun ömür səhifələrini vərəqləyək.

Fizika fakültəsinin doktorantı Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdədir

19/09/2017
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Rəhimli Almara Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzinə bir aylıq elmi ezamiyyətə göndərilib. Yaponiyanın Elm Fondu tərəfindən maliyyələşdirilmiş layihə əsnasında ezamiyyətdə olan doktorant səthi karbonabənzər materialla modifikasiya olunmuş titan-dioksid nanohissəciklərinin yeni metodla sintezi, xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olacaq. Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Yaponiyanın Kumamoto Universitetinin professor Hirotaka Iharadır.

UNİVERSİTETDAXİLİ 50+50 QRANT PROQRAMININ QALİBLƏRİ

21/10/2016

Fizika fakültəsinin dekanlığı "UNİVERSİTETDAXİLİ 50+50 QRANT PROQRAMININ QALİBLƏRİ " nini təbrik edir. Onlara elmi tədqiqat işlərində uğurlar arzulayır.

1.Həsənov Arzuman Qardaşxan o., Fizika fak., “Nanomaterialların kimyavi fizikası” kaf. lab. müdiri “Nanohissəciklərin Slater funkisiyaları bazisində riyazi modelləşdirilməsi“ mövzusunda layihəsinə görə;

2.Hümbətov Şirxan Ərəstun o., Fizika fak., tyutoru “Müxtəlif ölçülü BaTiO3 nanohissəciklərinin smektik maye kristalda paylanmasından alınmış kompozitlərin faza keçidlərinə ölçü effektinin təsirinin sinxron termik analiz üsulu ilə öyrənilməsi“ mövzusunda layihəsinə görə;

3. Novruzova Aygül Əkrəm q., Fİz.fak.”Nanomaterialların kimyavi fiz.” kaf. əyani doktorant, II kurs.” Polimerəsaslı PbS/cdS nanokompozitlərinin optik xassələrinin öyrənilməsi” mövzusunda layihəsinə görə;

4.Hüseynova Nərmin Cəfər q. Fizika Problemləri ETİ-i, “Nəzəri fizika” şöb., “Yüksək enerjilər fizikası” qr., k.e.iş. “AdS/KXD-nin sərt və yumşaq divar modellərində aksial vektor mezon-nuklon qarşılıqlı təsir sabitlərinin və deytron üçün sərt divar modelində elektromaqnit form-faktorun təyini” mövzusunda layihəsinə görə;

5.Səfərova Gülnarə Ərəstun q., Fizika Problemləri ETİ-si, “Nəzəri fizika” şöb., “Yüksək enerjilər fizikası” qr. b.e.iş “Üçqat və qarışıq kristallardan istifadə etməklə İQ diapazonun lazer şüası tezliyinin çevrilməsi“ mövzusunda layihəsinə görə; ətraflı

ri ETİ-si, “Nəzəri fizika” şöb., “Yüksək enerjilər fizikası” qr. b.e.iş “Üçqat və qarışıq kristallardan istifadə etməklə İQ diapazonun lazer şüası tezliyinin çevrilməsimövzusunda layihəsinə görə;

Bookmark and Share