Search

Axtarış


Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara BDU-nun Nano Araşdırmalar Laboratoriyasında məruzə ilə çıxış etmişdir

03/03/2017
2 mart 2017-ci il tarixində BDU-nun Fizika fakültəsinin Nano Anaraşdırmalar laboratoriyasına Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara gəlmişdir. Prof. Hirotaka İharanı Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov salamlayaraq bildirmişdir ki, Kumamoto ilə artıq 1 ildən artıqdır ki, sıx elmi əlaqələr qurulmuşdur və artıq ikinci professordur ki, Nano Araşdırmalar Mərkəzinə gəlir.

Təhsil Nazirliyinin Elmdən Təhsilə layihəsi çərçivəsində həyata keçirilən Novruz mühazirələrinin növbəti görüşü Bakı Dövlət Universitetində olub

28/02/2017
Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində həyata keçirilən “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində olub.Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb, bayram günlərində cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkür edib. Ötən müddət ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalara diqqət çəkən rektor “Kiçik zərrəciklərin böyük qüdrəti: nanotexnologiyalar” mövzusunda mühazirə demək üçün sözü BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti  Flora Hacıyevaya verib.

ELAN

21/02/2017
Fevralın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılıb. “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində keçiriləcək. Tədbirin qonağı BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevadır. Tədbir fevral ayının 28-də saat 16:00-da akt zalında keçiriləcək.

Yaponiyanın Hokkaido Universitetinin professoru Oliver B.Wright Nanoaraşdırmalar laboratoriyasında olmuşdur

13/07/2016

13 iyul 2016-cı il tarixində Yaponiyanın Hokkaido Universitetinin Tətbiqi Fizika departamentinin professoru Oliver B.Wright Nanoaraşdırmalar laboratoriyasında olmuşdur. Prof. Oliver B. Wright Yaponiyada gördüyü elmi işlər barədə universitetin professor-müəllim heyəti üçün “Akustik metamateriallar, plazmonik kristallar, nanostrukturlarda Ghz vibrasiyalar” mövzusunda məruzə ilə çıxış etmiş, alim və tələbələrin suallarını cavablandırmışdır. Eyni zamanda Nano araşdırmalar laboratoriyasında aparılan elmi-tədqiqat işləri barədə də qonağa ətraflı məlumat verilmişdir. Fizika fakültəsinin dekanı Prof.M.Ə.Ramazanov və prof. Oliver B. Wright birgə əməkdaşlıq məsələlərini, magistr və doktorant hazırlığı üçün mümkün  imkanları müzakirə etmişlər

Bookmark and Share