Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019
4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019
7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019
21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.

Əziz professor Məhəmmədəli müəllim yubileyiniz mübarək

30/10/2013

Fizika fakültəsinin dekanı, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri, professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunun anadan olmasınının 55 illiyi və elmi fəaliyyətinin 33 ili tamam olur. Məhəmmədəli müəllim 4 kitabın, 300-dən artiq elmi işin və 20-dən artıq patentin müəllifidir. Bu münasibətlə Fizika fakültəsinin professor-müəllim heyyəti və tələbələr, “Nanomaterialların kimyəvi fizikası” kafedrası və onun nəzdində fəaliyyət göstərən  “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-nın əməkdaşları professor Məhəmmədəli müəllimi təbrik edir və  gələcək elmi-pedogoji fəliyyətində uğurlar arzu edirlər.

Əziz professor
Məhəmmədəli müəllim yubileyiniz mübarək!

Bookmark and Share