Search

Axtarış

Fizika fakültəsinin doktorantı Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdədir

19/09/2017

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantı Rəhimli Almara Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya biokimya” mərkəzinə bir aylıq elmi ezamiyyətə göndərilib. Yaponiyanın Elm Fondu tərəfindən maliyyələşdirilmiş layihə əsnasında ezamiyyətdə olan doktorant səthi karbonabənzər materialla modifikasiya olunmuş titan-dioksid nanohissəciklərinin yeni metodla sintezi, xassələrinin tədqiqi tətbiqi imkanlarının araşdırılması məsələləri ilə məşğul olacaq. Qeyd edək ki, Almara Rəhimlinin elmi rəhbərləri BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Yaponiyanın Kumamoto Universitetinin professor Hirotaka Iharadır.

Fizika fakültəsinin doktorantları Dubna şəhərində diplomla təltif olunublar

11/09/2017

Rusiya Federasiyasının Dubna şəhərində X dəfə “Gənc alimlər üçün təcrübə  proqramı” təşkil olunub. Adıçəkilən proqramda MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB  ölkələrinin  Nanotexnologiya  üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında müxtəlif  MDB ölkələrindən 30-dək gənc alim  iştirak edib.

Ölkəmizi Bakı Dövlət Universitetinin Fizika fakültəsinin doktorantları - Kənan Hüseynov, Almara  Rəhimli və Aydan Qəribli  təmsil ediblər. Gənc alimlər bir aylıq təcrübə proqramı çərçivəsində BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar  Elmi-İstehsalat Mərkəzi - Aspekt, Dubna universiteti, Dubna  xüsusi ekonomik zonası və Skolkov  İnnovasiya Mərkəzinə təşkil olunmuş ekskursiyalarda olublar.

Kanadalı nazir Bakı Dövlət Universitetində

05/09/2017

Kanadanın Ontario vilayətinin Tədqiqat, Elm və İnnovasiyalar üzrə naziri Reza Moridinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu  ifadə edən rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi və bu günü barədə məlumat verib. Rektor ali təhsil ocağının beynəlxalq əlaqələri, o cümlədən Kanada Universitetləri ilə elm-təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olmasından bəhs edib.

Nazir Reza Moridi, öz növbəsində, qəbul üçün təşəkkürünü bildirib və Bakı Dövlət Universiteti ilə Ontario universitetləri arasında əlaqələrin inkişafında maraqlı olduğunu xüsusi vurğulayıb. Nazir universitetlərarası humanitar və təbiət sahələri üzrə birgə layihələrin yerinə yetirilməsinin, həmçinin tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib. Görüşdə gələcək əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Daha sonra nümayəndə heyəti universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında olub, Nanoaraşdırmalar mərkəzində yerinə yetirilən tədqiqat işləri ilə yaxından tanış olublar.

RSS Feed

Xəbərlər

| Ətraflı

Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Nanoaraşdırmalar laboratoriyasında olublar
11/07/2017

Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olublar. Tokyo Boeki şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi laboratoriyanın rəhbəri və işçi heyəti ilə görüşüb, görülən işlər, tədqiqat istiqamətləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini irəli sürüb, gələcək əməkdaşlıq çərçivəsində müasir elektronikanın əsasını təşkil edən inteqral sxemlərin innovativ üsullarla hazırlanması və materialşünaslıqda istifadə olunan ən son diaqnostik və analiz avadanlıqları ilə təmin edə biləcəklərini vurğulayıblar.

| Ətraflı

Nobel mükafatı laureatı Aziz Sancar Nanoaraşdırmalar laboratoriyasının qonağı olub
13/06/2017

Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar Bakı Dövlət Universitetində olub.
Aziz Sancarın Bakı Dövlət Universitetinə gəlişini yüksək qiymətləndirən rektor, akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. 
Qarşılıqlı maraq doğuran görüş BDU-nun Nanoaraşdırmalar mərkəzində kimya və fizika fakültəsinin professor-müəllim heyəti, magistr və tələbələrinin iştirakı ilə davam edib. 12 il ərzində bu sahədə görülən işlər, əldə edilən nailiyyətlər haqqında məlumat verən rektor onu da bildirib ki, mərkəz universitetin təbiət fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi və genişləndirilməsi işində xüsusi xidmət göstərir.
Nobel mükafatı laureatı Aziz Sancar mərkəzdə yerinə yetirilən işlər, nanotexnologiya sahəsində aparılan araşdırmalar, digər elmi-tədqiqat işləri ilə bağlı görülən işləri yüksək qiymətləndirib.

| Ətraflı

Görkəmli alim Roald Zinnurovic Saqdeev Nano Araşdırmalar laboratoriyasının qonağı olub
07/06/2017

ABŞ Merilend Universitetinin professoru Roald Zinnurovic Saqdeev Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nano Araşdırmalar laboratoriyasının qonağı olub. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov son illər fakültədə əldə edilən nailiyyətlər, o cümlədən  laboratoriyanın fəaliyyəti barədə ətraflı məlumat verib.  Professor Roald Zinnurovic Saqdeev laboratoriyada həyata keçirilən işləri yüksək dəyərləndirib və bu istiqamətdə fikirlərini bölüşüb. Daha sonra fakültə əməkdaşaları ilə bir sıra aktual elmi mövzular və əməkdaşlıq məsələləri müzakirə olunub.

| Ətraflı

05/06/2017

Bakı Dövlət Universitetində  son  zamanlar  orta  məktəblərin istedadlı şagirdlərinin respublika  və beynəlxalq  olimpiadalara  hazırlanması istiqamətində ciddi işlər görülür. 2008-ci  ildən mütəmadi olaraq  BDU-nun Nano Araşdırmalar laboratoriyasında  Respublikanın orta məktəblərinin içərilərindən seçilən istedadlı şagirdləri beynəlxalq olimpiadalarda uğurla iştirak edərək müstəqil Azərbaycanın bayrağını ən yüksək yerlərə qaldırırlar.  Bu il yenə də Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında  prof. M.Ə.Ramazanov  və dosent İ.S.Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş,  Bakı Avropa Liseynin  X R1 sinif şagirdi  İbrahimova Fidan Qasım qızının Şoran torpaqlarda nanohissəciklərin bitkilərin inkişafına təsir effektləri” mövzusunda elmi tədqiqat layihəsi Türkiyənin İstanbul  şəhərində 23  - 25 may 2017-ci il tarixində keçirilən 26-cı Beynəlxalq Tədqiqat Layihələri Olimpiadasında  təbiət elmləri bölməsinin Biologiya sahəsində təqdim edilən 79 layihə içərisindən qalib hesab edilərək 1-ci yerə layiq görülmüş və  mükafatlandırılmışdır.

| Ətraflı

BDU-da Fizikaya müasir baxış adlı beynəlxalq elmi konfrans keçirilib
22/04/2017

20-22 aprel 2017-ci iltarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığıRegional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə  təçkilatçılığı ilə Bakı Dövlət Universitetində “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans keçirilmişdir.

| Ətraflı

05 aprel 2017-ci il tarixində BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilmişdir
05/04/2017

İclasda elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü A.Kazımzadə BDU-nun 2016-cı il üçün elmi hesabatını təqdim etmişdir. Hesabatdan sonra xüsusilə fərqlənmiş fakültə, kafedra və alimlər mükafatlandırılmışlr. 2016-cı ildə elmi-tədqiqat işlərində uğurlu nəticələr əldə etdiyinə görə Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası Bakı Dövlət Universiteti üzrə “İlin kafedrası” adına layiq görülmüşdür.

| Ətraflı

Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara BDU-nun Nano Araşdırmalar Laboratoriyasında məruzə ilə çıxış etmişdir
03/03/2017

2 mart 2017-ci il tarixində BDU-nun Fizika fakültəsinin Nano Anaraşdırmalar laboratoriyasına Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara gəlmişdir. Prof. Hirotaka İharanı Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov salamlayaraq bildirmişdir ki, Kumamoto ilə artıq 1 ildən artıqdır ki, sıx elmi əlaqələr qurulmuşdur və artıq ikinci professordur ki, Nano Araşdırmalar Mərkəzinə gəlir.

| Ətraflı

Təhsil Nazirliyinin Elmdən Təhsilə layihəsi çərçivəsində həyata keçirilən Novruz mühazirələrinin növbəti görüşü Bakı Dövlət Universitetində olub
28/02/2017

Təhsil Nazirliyinin “Elmdən Təhsilə” layihəsi çərçivəsində həyata keçirilən “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində olub.Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb, bayram günlərində cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanı yaratdığına görə Təhsil Nazirliyinə təşəkkür edib. Ötən müddət ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalara diqqət çəkən rektor “Kiçik zərrəciklərin böyük qüdrəti: nanotexnologiyalar” mövzusunda mühazirə demək üçün sözü BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti  Flora Hacıyevaya verib.

| Ətraflı

ELAN
21/02/2017

Fevralın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılıb. “Novruz mühazirələri”nin növbəti görüşü Bakı Dövlət Universitetində keçiriləcək. Tədbirin qonağı BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevadır. Tədbir fevral ayının 28-də saat 16:00-da akt zalında keçiriləcək.

| Ətraflı

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxua Nanoaraşdırmalar mərkəzinin qonağı olmuşdur
07/02/2017

Bakı Dövlət Universitetində Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur. Görüş çərçivəsində səfir Nanoaraşdırmalar mərkəzinin də qonağı olmuş , laboratoriyada aparılan elmi tədqiqat işləri ilə yaxından maraqlanmışdır.

| Ətraflı

İran Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi Nanotexnologiya Mərkəzinin qonağı olmuşdur
18/01/2017

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Salman Xodadadi və İranın Azərbaycandakı səfirliyi nəzdindəki İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində olublar. Qonaqlar BDU-nun  laboratoriyaları, o cümlədən Nanotexnologiya Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra rektor, akademik Abel Məhərrəmovla görüşüblər.  Rektor İran-Azərbaycan münasibətlərindən, o cümlədən İran İslam Respublikasının bir sıra universitetləri ilə uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib, nonotexnologiya və biotexnologiya  sahəsində birgə tədqiqatların aparılmasından, dərsliklərin hazırlanmasından danışıb.

| Ətraflı

Fizika fakültəsinin doktorantları Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçiblər
18/11/2016

MDB Dövlətlərarası  Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatları İnstitunun (BNTİ)  maliyyə dəstəyi ilə MDB   ölkələrinin   Nanotexnologiya   üzrə   İnnovasiya Mərkəzinin rəhbərliyi altında 16.10.2016 - 15.11.2016-cı il tarixlərində 9 MDB ölkəsindən 20 gənc tədqiqatçı alim seçilərək növbəti dəfə təşkil olunan “Gənc alimlər üçün təcrübə  proqramı”-nda iştirak etmişdir. Azərbaycandan Bakı Dövlət Universitetinin doktorantları Hüseynova Nərmin, Novruzova Aygül və Bayramova Zeynəb təcrübə praqramına seçilərək Rusiya Federasiyasının Dubna şəhərində bir aylıq təcrübə keçmişlər.

| Ətraflı

08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir
08/11/2016

08 noyabr 2016-ci ildə Fizika fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. Fakültənin dekanı prof. M.Ə.Ramazanov iclası açıq elan etdikdən sonra  iclasda iştirak edən BDU-nun Tədris-Metodiki Şurası nümayəndələrinə və digər qonaqlara  Şuranın işində iştirak etdikləri  üçün öz təşəkkürünü bildirdi.

| Ətraflı

Kafedranın müdiri prof.M.Ə.Ramazanovun ad günü
31/10/2016

Kafedranın müdiri prof.M.Ə.Ramazanovun ad günü münasibətilə "Nanomaterialların kimyəvi fizikası" kafedrasının kollektivi onu təbrik edir

| Ətraflı

Dos.Flora Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülmüş
31/10/2016

Dos.Flora Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülmüş

| Ətraflı

BDU və AMEA -nın Nanoaraşdırmalar laboratoriyasında ikinci birgə seminarı olub
28/10/2016

BDU və AMEA -nın Nanoaraşdırmalar laboratoriyasında ikinci birgə seminarı olub

| Ətraflı

UNİVERSİTETDAXİLİ 50+50 QRANT PROQRAMININ QALİBLƏRİ
21/10/2016

"50+50" Qrant qalibləri

| Ətraflı

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |