Search

Axtarış


Təbrik edirik!

12/01/2019

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 7yanvar tarıxli K-13 nömrəli əmri ilə Nanomaterialların kimyəvi fizikası kafedrasının professoru f.e.d.Ramazanov Məhəmmədəli Əhməd oğlu "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir və uğurlarının davamını diləyirik!


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

10/01/2019

10 yanvar 2019-cu il tarixində Bakı Dövlət Universiteti, Fizika fakültəsi, "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi k.ü.f.d. A.H.Kərimovanın "Dəmir oksid nanohissəciklərinə dərman maddələrinin yüklənməsi və bu sistemin xərçəng xəstəliyində rolu" adlı icmal məruzəsi baş tutmuşdur. "Nano araşdırmalar mərkəzi"nin elmi işçisi Aynurə Kərimova, çıxışda kimyəvi üsullarla sintez edilmiş superparamaqnetik dəmir oksid nanohissəciklərinin müxtəlif stabilləşdirilmə metodları, sintez edilmiş nanohissəciklərə dərman maddələrinin otuzdurulması və həmçinin, dərman maddələrinin daşınması üçün müvafiq şəkildə dizayn edilməsi ilə bağlı məsələlərə toxunmuşdur. Bundan başqa, kimyəvi və herbal dərman vasitələrinin maqnit xassəli özəyə birləşdirilməsi istiqamətində müəyyən elmi-tədqiqat işlərinin müzakirəsi aparılmışdır. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdı.


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

20/12/2018

20 dekabr 2018-ci il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının dissertantı Ceyran Rafiq qızı Sultanova "maqnit doldurucunun miqdarının PP+Fe və PVDF+Fe nanokompozitin funksional xassələrinə təsiri" adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda o, professor və müəllim heyyətinin suallarını cavablandırmışdır.

RSS Feed

Xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarı
10/02/2014

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarı

| Ətraflı


Nanotexnologiya - kiçik hissəciklərin sabaha böyük pəncərəsi
10/02/2014

Nanotexnologiya - kiçik hissəciklərin sabaha böyük pəncərəsi

| Ətraflı


Moskva Dövlət Unversitetinin Bakı filialında Elmi seminar
10/02/2014

12 fevral  2014-cü il saat 15:00 M.V.Lomonosov adına Moskva Dövlət Unversitetinin  Bakı filialında REA-nın A.N.Nesmeyanov adına Element üzvi birləşmələr institutunun direktoru, REA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor, Aziz Mansuroviç Muzafarovun “Makromolekulyar nanoobyektlər – sintezdən nanomateriallara qədər” («Макромолекулярные нанообъекты – от синтеза к наноматериалам») mövzusunda məruzəsi olacaqdır. Arzu edənlər dəvət olunurlar.

Unvan: Xocəsən qəsəbəsi, Unversitet küçəsi, 1.

Saat 14:15 - də H.Cavid heykəlinin qarşısından Unversitetin xidməti avtobusu yola düşəcəkdir. Əlaqə tel.: 5989332.

Dekanlıq

| Ətraflı


IOP Publishing elmi jurnallara sərbəst müraciət
07/02/2014

EIEL ilə BDU arasında elmi və təhsil sahəsində bağlanmış müqaviləyə əsasən IOP Publishing -nin əksər elmi jurnallara sərbəst müraciət imkanı yaradılmışdır. Bu imkan elmi-tədqiqat işləri apan əksər professor, müəllim və digər əməkdaşlar istifadə edə bilərlər:

http://iopscience.iop.org/journals

| Ətraflı


k.e.f.d. Hacıyeva Flora Vidadi qızına 2014-cü il Gənclər üçün Prezident mükafatı verilmişdir
03/02/2014

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi k.e.f.d. Hacıyeva Flora Vidadi qızı elmdə fəaliyyətinə görə 2014-cü il Gənclər üçün Prezident mükafatı verilmişdir.

| Ətraflı


Əziz Mina xanım yubileyiniz mübarək!
17/01/2014

Fizika fakültəsi “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti, f.r.e.n. Vahabova Mina Rza qızıın anadan olmasınının 70 illiyi və elmi fəaliyyətinin 48 ili tamam olur.

Əziz Mina xanım yubileyiniz mübarək!

| Ətraflı


akad. A.M.Məhərrəmov, prof. M.Ə.Ramazanov və Dr. M.R.Saboktakinin Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri adlı monoqrafiyası çapdan çıxmışdır
10/01/2014

Son zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiya sahəsində uğurlu elmi tədqiqat işləri aparılır. Bu fundamental elmi- tədqiqat işlərinin nəticələri dünyanın bir sıra nüfuzlu  jurnallarında, Tomson Reyter Agentliyinin siyahısına daxil olunan yüksək İmpact Factorlu jurnallarında dərc edilir. Bu işlər inkişaf etmiş ölkələrin nanotexnologiya istiqamətində işləyən elmi tədqiqat institutları ilə beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilir. Təsadüfi deyildir ki, BDU-nun alimlərinin Akad. Abel Məhərrəmovun, prof. Məhəmmədəli Ramazanovun və BDU-nun keçmiş doktorantı, kimya üzrə fəlsəfə doktoru Məhəmməd Rza Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatında çapdan çıxmışdır.

| Ətraflı


Yeni iliniz uğurlu olsun!
30/12/2013

Əziz dostlar qarşıdan gələn yeni il münasibəti ilə sizi təbrik edir, elmi-tədris və pedoqoji işlərinizdə uğurlar arzulayırıq

| Ətraflı


Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida Nano araşdırmalar laboratoriyasında olmuşdur
07/11/2013

Bu gün Yaponiyanın  Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida, satış və marketing şöbəsinin direktoru Keiji Takigawa, Tokyo Boeki şirkətinin Ukrayna ofisinin idarə edici direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində  olmuşlar. Onlar BDU-nun Nano araşdırmalar laboratoriyasına baş çəkmişlər  və Tokyo Boyko şirkətindən alınmış cihazların hazırkı vəziyyətləri ilə tanış olmuşlar.

| Ətraflı


MDB ölkələrinin gənc alimlərinin Dubnaya səfəri
04/11/2013

Nanoaraşdırmalar laboratoriyasının b.e.i., Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, k.üzrə f.d. Flora Vidadi qızı Hacıyeva və Fizika fakültəsinin tyutoru Aynurə Hidayət qızı Kərimova 28 oktyabr – 3 noyabr, 2013-cü il tarixlərində müstəqil dövlətlərin, xaricdə yaşayan həmvətənlərin əməkdaşlığı və beynəlxalq humanitar həmrəylik məsələləri üzrə Federal agentliyin dəstəyi ilə Moskva beynəlxalq innovasiya inkişaf forumunda iştirak etmişlər. Nümayəndə heyətinin tərkibinə MDB ölkələrinin beşindən (Azərbaycan, Belarusiya, Moldova və s.) seçilmiş elm sahəsi üzrə perspiktivə malik olan 10 gənc daxil olmuşdur.

| Ətraflı


Əziz professor Məhəmmədəli müəllim yubileyiniz mübarək
30/10/2013

Fizika fakültəsinin dekanı, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri, professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunun anadan olmasınının 55 illiyi və elmi fəaliyyətinin 33 ili tamam olur. Məhəmmədəli müəllim 4 kitabın, 300-dən artiq elmi işin və 20-dən artıq patentin müəllifidir. Bu münasibətlə Fizika fakültəsinin professor-müəllim heyyəti və tələbələr, “Nanomaterialların kimyəvi fizikası” kafedrası və onun nəzdində fəaliyyət göstərən  “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-nın əməkdaşları professor Məhəmmədəli müəllimi təbrik edir və  gələcək elmi-pedogoji fəliyyətində uğurlar arzu edirlər.

Əziz professor
Məhəmmədəli müəllim yubileyiniz mübarək!

| Ətraflı


Nobel Mükafatı laureatlarının işirakı ilə «Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa keçirilmişdir
30/10/2013

Bu gün Bakı Dövlət Universitetində Nobel Mükafatı laureatlarının Laflin Robert Betts (Fizik), David Gross (Fizik), Markus Rudolf Arturun (Kimya) işirakı ilə « Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov Nobel mükafatçılarını salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

| Ətraflı


BDU alimləri Nobel mükafatçıları ilə nanotexnologiyaların perspektivlərini müzakirə ediblər
30/10/2013

Bu gün Bakı Dövlət Universitetində Nobel Mükafatı laureatlarının Laflin Robert Betts (Fizik), David Gross (Fizik), Markus Rudolf Arturun (Kimya) işirakı ilə « Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov Nobel mükafatçılarını salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

| Ətraflı


Nobel laureatı professor Klaus von Klitzing “Nanoaraşdırmalar” elmi tədqiqat laboratoriyasında olmuşdur
29/10/2013

Bu gün 29.10.13   Nobel laureatı, Ştutqart şəhərində Maks Plank adına institutunun direktoru professor Klaus von Klitzing   “Nanoaraşdırmalar” elmi tədqiqat laboratoriyasında olmuşdur.

| Ətraflı


Türkiyə Universitetlərinin rektorları Nano Araşdırmalar laboratoriyasının əməkdaşları ilə görüşü
04/10/2013

4 oktyabr 2013-cü il tarixində Türkiyənin 3 universitetinin rektoru- Sinop Universitetinin rektoru Recep Bircan, Canık Başarı Universitetinin rektoru Yunus Bekdemir və Kastamonu Universitetinin rektoru Seyit Aydın  Nano  Araşdırmalar laboratoriyasının əməkdaşları ilə görüşmüşlər.

| Ətraflı


Aspirant Aynurə Hidayət qızı Kərimova 2317.01 – Nanokimya və nanomateriallar ixtisası üzrə müdafiə etmişdir.
27/09/2013

Aspirant Aynurə Hidayət qızı Kərimova  akad. A.M.Məhərrəmovun və prof. M.Ə.Ramazanovun rəhbərliyi ilə 2317.01 – Nanokimya və nanomateriallar ixtisası üzrə müdafiə edərək Kimya elmləri  üzrə fəlsəfə doktoru  dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı 25.09.2013 tarixdə müvəffəqiyyətlə müdafiə etmişdir. Bu münasibətlə kafedranın kollektivi təbrik edirlər.

| Ətraflı


A.Q.Həsənovun “Nanosistemlərin riyazi modelləşdirilməsi və kompüter hesablanması” kitabı çap olunmuşdur
10/09/2013

"Nanomaterialların kimyəvi fizikası" kafedrasının əməkdaşı A.Q.Həsənovun “Nanosistemlərin riyazi modelləşdirilməsi və kompüter hesablanması”   kitabı  "Ləman nəşriyyat poliqrafiya" tərəfindən çap olunmuşdur.

| Ətraflı


İsveçrə alimləri Nano Araşdırmalar Laboratoriyasında olmuşlar
15/07/2013

SCOPES Layihə çərçivəsində Fizika fakultəsinin dekanı prof. Məhəmmədəli Ramazanov və aparıcı elmi işçi dos. İsmət Əhmədov Lozannada elmi səfərdədir. 15 iyul 2013-cü il tarixində Lozanna Politexnik Federal İnstitutunun Fundamental Elmər fakültəsinin Kondensə Olunmuş Maddələr Fizikası İnstitunutunun Nanoquruluşlar və Yeni Elektron Materialları şöbəsinin müdiri prof. Lazslo Forro və həmin şöbənin baş elmi işçisi prof. Andrzej Sienkieviç Bakı Dövlət Universitetində Nano araşdırmalar mərkəzində səfərdə olmuşlar.

| Ətraflı


İlin Dekanı
09/07/2013

Fakültə dekanı prof.M.Ə.Ramazanov 2012/2013-cü tədris ilinin nətcələrinə görə BDU üzrə İlin Dekanı fəxri adı ilə təltif olunmuşdur. Bu münasibət ilə kafedranın kollektivi onu təbrik edir və tədris - elmi yaradıcılığında müvəffəqiyyətlər arzulayır

| Ətraflı


Naoya Kobayasinin Nanotexnologiyaya giriş adlı kitabı Müəllim nəşriyyatı tərəfindən çap olunmuşdur
10/06/2013

Naoya Kobayasinin Nanotexnologiyaya giriş adlı kitabı "Nanomaterialların kimyəvi fizikası" kafedrasının əməkdaşları prof.M.Ə.Ramazanov, dos.L.İ.Vəliyeva tərəfindən azərbaycan dilinə tərcumə edilərək  "Müəllim" nəşriyyatı tərəfindən çap olunmuşdur.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |