Xəbərlər
prof. f.e.d. M.Ə. Ramazanov Almaniyanın Carl Zeiss şirkətində rəsmi ezamiyyətdə olmuşdur10/05/2012
Fizika fakültəsinin dekanı, prof. f.e.d. Məhəmmədəli Ramazanov 3 may 2012-ci il tarixdən 9 may 2012-ci il tarixinə qədər Almaniyanın Carl Zeiss şirkətinin rəsmi dəvəti ilə şirkətin istehsal etdiyi cihazların texniki imkanları ilə tanış olmaq üçün onun nəzdində olan sınaq laboratorilarında olmuşdur. 3 may tarixində Oberkochen şəhərində yüksək həssaslığa və geniş texniki imkanlara malik Merlin elektron mikroskopunda Dr Heiner Jakschla BDU-nun nanotədqiqatlar laboratoriyasında sintez olunmuş polimer nanokompozit nümunə tədqiq edilmiş və mikroskopun imkanları barədə məlumat alınmışdır. Həmin gün Carl Zeiss şirkətinin direktorlar şurasının üzvləri Dr. Frank Stic və Dr. Frank Stiezle görüş olmuş və BDU ilə Carl Zeiss arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Elə həmin gün şirkətin istehsal etdiyi Auriga elektron- ion mikroskopları ilə və Orion ion mikroskopu ilə yaxından tanış olunmuşdur. Səfər zamanı Carl Zeiss şirkətinin Münhen şəhərində yrləşən elmi araşdırma mərkəzində və bioloji laboratoriyasında flüorisent və İK mikroskopları ilə yaxında tanış olunmuş və real bioloji strukturlarda təcrübələr aparılmışdır. Prof. Ramazanov M.Ə. Ştuttqart şəhərində Maks Plank adına institutda elektron mikroskopu mərkəzi laboratoriyasının direktoru Dr.Prof. Peter van Aken ilə görüşmüş və laboratoriyanın cihazları və elmi tədqiqat işləri ilə yaxından tanış olmuşdur. Səfər zamanı nanotexnologiya mərkəzinin direktoru prof. Sebastyan Rexler ilə görüş olmuş və gələcəkdə mərkəzlə birgə beynəlxalq layihələrin hazırlanması ilə əlaqədar razılıqlar olmuşdur. Sonda 9 mayda Berlin şəhərində qələbə bayramı münasibəti ilə sovet ordusunun naməlum əsgərinin heykəli önünə gül dəstələri qoyulmuşdur. Səfər çərçivəsində Carl Zeiss şirkətinin rəhbərliyi Bakı Dövlət Universiteti ilə birgə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirmiş və hədiyyə olaraq tədris proseslərində və tədqiqat işlərində istifadə üçün 10 ədəd Primo Star optik mikroskopunlarını vermək barədə razılıga gəldikləri barədə sənədlərin hazırlanmasına qərar vermişlər. Səfərin yüksək səviyyədə təşkil olunmasında Carl Zeiss şirkətinin MDB üzrə Nanotexnologiya və elektron mikroskopları departementinin rəhbəri Aleksandr Ulyanenko və Azərbaycan üzrə nümayəndəsi Natalya Qamzayeva böyük səy göstərmişlər.
| ƏtraflıAzərbaycanda Nanotexnologiyalar Geniş Tətbiq Olunacaq
12/04/2012
Azərbaycanda Nanotexnologiyalar Geniş Tətbiq Olunacaq adlı veriliş Lider TV -də getmişdir.
Bu istiqamətdə BDU və ölkəmizin alimlərinin apardıqları tədqiqatlardan bəhs etmişdir.
prof. M.Ə.Ramazanov İnnovasiya. MDB. Sabah adlı forumun işində iştirak etmişdir
10/04/2012
Fizika fakültəsinin dekan əvəzi prof. M.Ə.Ramazanov 03 aprel 2012-cı il tarixdən 06 aprel 2012-cı il tarixinə qədər dövrdə Dubna və Moskva şəhərlərində MDB ölkələrinin Nanotexnologiya üzrə İnnovasiya Mərkəzinin təşkil etdiyi "İnnovasiya. MDB. Sabah " adlı forumunun işində iştirak etmişdir. O, forumda "Azərbaycanın iqtisadiyyatının inkişafında nanotexnologiya sahəsində innovasiya layihələrinin rolu haqqında" məruzə ilə çıxış etmişdir. Eyni zamanda Moskva şəhərində OOO "RUSUÇPRİBOR" təşkilatı ilə fakültəyə laboratoriya işlərinin alınması ilə əlaqədar danışıqlar aparmış. Zeleneqrad şəhərində yerləşən NT-MDT təşkilatından BDU-ya 2010-cu ildə alınmış İnteqra Prima atom qüvvə mikroskopunun əsas skanerinin yoxlanılmasında iştirak etmiş və onun dəyişdirilərək yenisi ilə əvəz olunması barədə razılıq əldə edilmişdir.
| ƏtraflıIlin alimi
04/04/2012
Kafedra müdiri, dekan əvəzi prof. Ramazanov Məhəmmədəli Əhməd oğlu BDU Boyük Elmi Şurasının qərarı ilə 2011 ildə elmi işlərin yerinə yetirilməsinə görə BDU üzrə ilIlin alimi adına layiq görülmüşdür. Bu münasibətlə “Nanomaterialların kimyəvi fizikası” kafedrası və onun nəzdində fəaliyyət göstərən “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-nın əməkdaşları professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunu təbrik edir və ona gələcək elmi işlərində uğurlar arzu edirlər.
| ƏtraflıProfessor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlu BDU -nun Fizika fakültəsinin dekan əvəzi vəzifəsinə təyin olunmuşdur
06/03/2012
“Nanomaterialların kimyəvi fizikası” kafedrasının müdiri professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlu. BDU Böyük Elmi Şurasının qərarı ilə 6 mart 2012-ci il tarixindən Fizika fakültəsinin dekan əvəzi vəzifəsinə təyin olunmuşdur. Bu münasibətlə “Nanomaterialların kimyəvi fizikası” kafedrası və onun nəzdində fəaliyyət göstərən “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-nın əməkdaşları professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunu təbrik edir və ona gələcək işlərində uğurlar arzu edirlər.
| Ətraflıf.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğluna AR prezidenti yanında AAK-nın qərarı ilə professor elmi adı verilmişdir
01/03/2012
Kafedra müdiri, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğluna AR prezidenti yanında AAK-nın qərarı ilə professor elmi adı verilmişdir. Bu münasibətlə “Nanomaterialların kimyəvi fizikası” kafedrası və onun nəzdində fəaliyyət göstərən “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-nın əməkdaşları professor, f.e.d. Ramazanov Məhəmmədəli Əhməd oğlunu təbrik edir və ona gələcək elmi işlərində uğurlar arzu edirlər.
| ƏtraflıBiofizik alimlərimiz
20/02/2012
Keçən əsrin 70-ci illərindən öz elmi tədqiqatlarına başlamış və bu il 60 illik yubleyini qeyd etməyə hazırlaşan ilk biofizik alimlərimizdən biri İsmət Süleyman oğlu Əhmədov 1952-ci ildə Gürcüstan Respublikasının Borçalı mahalının Saraçlı kəndində anadan olmuşdur. O keçmiş SSRİ-də elm və təhsildə intibah dövrü hesab edilən 60-cı illərdə (1959-1969) Saraçlı orta məktəbində oxumuş və 1969 –cu ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olmuşdur. 1974-cü il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək akademik C.Ə.Əliyevin təşəbbüsü ilə gələcəkdə biofizik kimi ixtisaslaşmaq məqsədi ilə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik institutunun bitki fiziologiyası şöbəsinə təyinat almışdır. 1975-ci ildə Sankt-Peterburqda (keşmiş Leninqrad) dünya şöhrətli fizik A.F. İoffenin yaratdığı Aqrofizika İnstitutunun biofizika ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Onun elmi tədqiqatları bitkilərdə mineral qidalanmanın membran mexanizminin araşdırılmasına həsr olunmuşdur. 70-ci illərdə SSRİ-də klassik mineral qidalanma üzrə məşhur alimlərin məktəblərindən biri professor O.O.Laylinin rəhbərliyi ilə Aqrofizika institutunun bioinformatika laboratoriyasında yaradılmış elmi məktəb idi. Elektrofizioloji metodla bitki hüceyrələrinin plazmatik membranında elektrogen ion kanallarının mineral qidalanmada rolunu araşdıran bu qrupda İsmət Əhmədov özünün ilk elmi nəticələrini almışdır. Bitki hüceyrələrinin plazmatik membranının elektrik parametrlərini tədqiq edən gənc aspirant o dövrə qədər məlum olmayan bir sıra elmi yeniliklər etməyə nail olmuşdur. Onun tədqiqatları nəticəsində ilk dəfə olaraq bitkilərin köklərində mineral ionların torpaqdan sorulmasında çox böyük rol oynayan qısa müddətli (yarımyaşama müddəti 30 dəqiqə olan) aktiv ion kanalları aşkar edilmişdir. Bu nəticə ona imkan vermişdir ki, o kök əmicitellərinin funksiyası haqqında tamamilə fərqli bir fikir irəli sürsün. Bundan başqa İ.Əhmədov ilk dəfə olaraq bitki hüceyrələrində hüceyrələrarası əlaqəyə cavabdeh olan plazmodesmaların xarici amillərin stress faktorlarının təsiri zamanı acılıb bağlanması nəzəriyyəsini vermişdir. Bu elmi nəticələr bitki fiziologiyası sahəsində SSRİ və dünya alimlərinin nəzər diqqətini cəlb etmiş və biofizika sahəsində Beynəlxalq elmi konfranslarda böyük maraq doğurmuşdu, SRRİ-nin sanballı elmi jurnalları olan Bitki Fiziologiyası, Biofizika, SSRİ Elmlər Akafemiyasının Məruzələri jurnalları onun elmi nəticələrin çap etmişdi. 1979-cu ildə İ.Əhmədov müvəffəqiyyətlə dissertasiyasını müdafiə edərək biofizika ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsini almışdır.
| ƏtraflıGənclər mükafatı laureatı
10/02/2012
2 fevral Gənclər gunu munasibət ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdimatı ilə “Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Vidadi qızı Hacıyeva Gənclər və İdman nazirliyi tərəfindən 2011-ci ildə elm və təhsil sahəsində qazandığı uğurlara görə Gəncəl Mükafatı lauriatı adına layiq görülmüşdür. Bu münasibətlə “Nanomaterialların kimyəvi fizikası” kafedrasının əməkdaşları F.V.Hacıyevanı təbrik edir və gələcək işlərində uğurlar arzu edirlər.
| ƏtraflıTürkiyə Hacattepe Universitetinin professoru Olgun Guven Bakı Dövlət Universitetində olmuşdur
16/01/2012
16-18-yanvar 2012-ci il tarixlərində dünya şöhrətli alim, Hacattepe Universitetinin kimya fakultəsinin "Polimerlərin radiasiya ilə tədqiqi" laboratoriyasının müdiri professor Olgun Guven Bakı Dövlət Universitetində olmuşdur.
| ƏtraflıRusiya Federasiyası EA Fizika Institunun Samara filialının laboratoriya müdiri prof.S.P.Kotova kafedrada olmuşdur
21/12/2011
Rusiya Federasiyası EA Fizika Institunun Samara filialının laboratoriya müdiri prof.S.P.Kotova kafedrada "Mikro obyektlərinin lazer vasitəsilə tədqiqi " mövzusunda çıxış etmişdir
| Ətraflı“MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfransın BDU-da keçirilməsinə görə təşəkkürlər
16/12/2011
“MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfransın BDU-da keçirilməsinə görə MDB DANTM-nin direktoru А.В.Ruzaev və Insiders kommunukasiya qrupunun direktoru Lapşov A.B. tərəfindən kafedra müdiri prof.M.Ə.Ramazanovun ünvanina təşəkkür məktubları göndərilmişdir.
| Ətraflı“MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb
07/12/2011
Bu gün Bakı Dövlət Universitetində “MDB: İnnovasiyalarda tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans (Road Show) öz işinə başlayıb.
| ƏtraflıTokyo Boeki Technology MMC-nin icraedici direktoru Nanomaterialların kimyəvi fizikası kafedrasında olmuşdur
22/11/2011
22 noyabr 2011- ci il tarixində Tokyo Boeki Technology MMC –nin icraedici direktoru Shpak Oleksiy Anatoliyevic və satış üzrə menenceri Vitaliy Aleksandrovic Tinkov Nanomaterialların kimyəvi fizikası kafedrasında olmuşlar. Onlar kafedranın nəzdindəki Nanoaraşdırmalar mərkəzində Yaponiyanın Jeol firmasında istehsal olunan JSM-7600F markalı skanedici elektron mikroskopunun texniki imkanları barədə geniş məlumat vermişlər. Müzakirələrdə BDU-nun Fizika, Kimya, Biologiya və Geologiya fakültələrinin mütəxəssisləri iştirak etmişlər vəonları maraqlandıran suallar vermişlər. Cihazın texniki imkanları təhlil edilmişdir.
| ƏtraflıMDB ölkələrinin Gənc alimlərinin ixtisas artırma təcrübəsində magistirlərin iştirakı
18/11/2011
Fizika fakültəsinin Nanohissəciklərin fizikası ixtisası üzrə II kurs magistrı Məmmədova Qəmər Yaqub qızı və Kimya fakültəsinin Nanomaterialların fiziki- kimyası ixtisası üzrə II kurs magistrı Balayeva Ofeliya Oqtay qızı 16.10.2011 tarixindən 17.11.2011 tarixinə qədər Rusiya federasiyasının Dubna şəhərində MDB dövlətlərinin gənc alimləri üçün təcrübəsində iştirak etmişlər. Bu müddət ərzində onlar Fizikanın və Kimyanın müasir problemləri, Nanotexnologiyanın ən effektiv sahələri ilə tanış olmuş, nanosistemlərin əsas tədqiqat metodlarını öyrənmiş, Sinxrotron və nuklotron radiasiya ilə tanış olmuş, qabaqcıl şirkətlərin rəhbərliyi ilə işgüzar görüşlərdə iştirak etmiş, müasir tələblərə cavab verən layihə və məqalə hazırlamışlar. Eyni zamanda Nüvə Tədqiqatlar İnstitutunda yerləşən laboratoriyalarda olmuş və bu laboratoriyaların işləri ilə yaxından tanış olmuşlar. Təcrübə ərzində iştirakçılara 3 sertifikat, 1 diplom və şəhadətnamə təqdim etmişlər.
| ƏtraflıBDU-da “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilmişdir
13/10/2011
Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ekologiya və təbii sərvətlər nazirliyi ilə birlikdə “Müstəqillik illəri və ekoloji problemlərin həlli” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa iştirakçıları Nano Araşdırmalar Laboratoriyası ilə tanış olublar. Laboratoriyanın müdiri, professor Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetində Ukrayna Elm və Texnologiya mərkəzinin koordinasiyası və Kanada dövlətinin maliyyə dəstəyi ilə 3998 saylı qrant layihəsi çərçivəsində “Abşeron yarımadası və Bakı şəhəri ətraf ərazilərinin radioekoloji tədqiqi” ilə tədqiqat işləri aparılması haqqında məlumat verib. Qeyd edib ki, hazırda istər bütün Dünyada, istərsə də Azərbaycan ərazisinin bir hissəsi olan Abşeron yarımadasında texnogen və təbii proseslərin təsiri nəticəsində radioekoloji durum getdikcə mürəkkəbləşməkdədir. Bu prosesə təsir göstərən həlledici amillərdən biri də ətraf mühitin radioaktiv şüalanma mənbələri ilə çirklənməsidir. Bu baxımdan Abşeron yarımadasının Bakı ətrafı ərazilərində radioekoloji tədqiqatların aparılması olduqca əhəmiyyətli bir məsələdir. BDU-da bu istiqamətdə layihə çərçivəsində Abşeron yarımadası və Bakı şəhəri ətrafı zonalarda radiasiya fonunun qiymətləndirilməsi və onu yaradan mənbələrin aşkarlanması istiqamətində uğurlu tədqiqat işləri aparılır.
| ƏtraflıNano Araşdırmalar Laboratoriyası açılmışdır
11/10/2011
Bakl Dövlət Universitetində Nanomateriallar və Nanotexnologiyalar üzrə elmi araşdırmaların hazırda dunyanın elm sahəsində prioritet istiqamət olduğunu nəzərə alaraq kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakultələrinin bazasında 2005-ci il tarixində "Nano araşdırmalar mərkəzi" və "Nanomaterialların kimyəvi fizikası" kafedrası açılmışdır və elə vaxtdan da nanotexnologiyalar istiqamətində kadr hazırlığı və tədqiqat işləri aparılır. BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı uğurlu tətbiqi xarakterli araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq maliyyə mərkəzləri alimlərimizin işlərinə böyük məbləğdə qrant layihələri ayırırlar. Alimlərimizin nanotədqiqatlar sahəsində apardığı tədqiqat işləri dünyanı indekslənən TomsonReyter agentliyinin siyahısına düşəş yüksək impact factora malik jurnallarında dərc edilir. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilmişdir. BDU-da bu istiqamətdə aparılan işlərin miqyasını və səviyyəsini daha da artırmaq məqsədi ilə ən müasir cihazlarla təchiz edilmiş yeni nanoaraşdırmalar laboratoriyası oktyabrın 11-də acılmışdır. Laboratoriya çox yüksək ayrıd etmə qabiliyyətinə malik atom qüvvə və tunel mikrosku, Furye spektrometri, spektroflüorimetr, spektofotometr, böyük ayırd etmə qabiliyyətinə malik müasir optik mikroskop, qamma spektrometri və sair qiymətli cihazlarla təchiz edilmişdir. Laboratoriyanın açılışında Bakı Dövlət Universitetinin rektoru, akad. A.M.Məhərrəmov, Moskva Dövlət Universitetinin rektoru akad. Sadovniçiy V. A., akad. Lunin V.V., MDB-nin Nanotexnologiya üzrə innovasiya mərkəzinin direktoru V.A.Ruzayev, Rumıniyanın Ovidus Universitetinin prof. Eden Mamut, Bilkənd Universitetinin prezidenti prof. Əli Doğramacı, ABŞ-ın Delaver Universitetinin prof. İsmat Shah, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Semyonov A. L. və başqaları iştirak etmişlər.
| Ətraflı
prof.Ramazanov M.Ə. GeoHet -2011 Üzvü Kimya Beynəlxalq Konfransda iştirak etmişdir
28/09/2011
Kafedra müdüri prof.Ramazanov M.Ə. 2011 il sentyabrın 25-27 tarixində Tbilisidə keçirilən GeoHet -2011 Üzvü Kimya Beynəlxalq Konfransda iştirak edərək plenar iclasda “Polymer based nanokomposite structure and polyfunctional compounds” mövzusu ilə çıxış etmişdir. Konfransın sonunda prof.Ramazanov M.Ə. Gürcüstan Profesional Kimyaçılar Cəmiyyətinin Fəxri üzvi seçilmişdir.
| ƏtraflıYeni kitab çapdan çıxmışdır
20/09/2011
Kafedranın əməkdaşları M.Ramazanov, S.Axundov və L.Vəliyevanın " Fiziklər və fizikanın inkişaf tarixi" adlı kitabı çapdan çıxmışdır.
| Ətraflıprof.Ramazanov M.Ə. Minskdə elmi konfransda iştirak etmişdir
22/06/2011
prof.Ramazanov M.Ə. 14.06.2011-20.06.2011 il tarixlərində Minsk şəhərində keşirilən "Kondensasiya mühütlərində füllerenlər və nanoquruluşlar" elmi konfransında iştirak etmiş və “Наноструктированные полимерные композиты на основе ПВДФ+ ZnS” mövzusunda (həmmüəlliflər A.M. Магеррамов, М.А.Рамазанов, А.Х. Мустафаева, К.Ш.Джаббарова) məruzə ilə çıxış etmişdir.
| Ətraflıprof. M.Ə.Ramazanov MDB-nin Nanotexnologiya üzrə innovasiyalar mərkəzinin illik hesabatında iştirak etmişdir.
16/05/2011
Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri prof. M.Ə.Ramazanov 11-13 may tarixlərində Dubna şəhərində MDB-nin Nanotexnologiya üzrə innovasiyalar mərkəzinin illik hesabat və gələcək proqram layihəsinin qəbulu ilə əlaqədar keçirilən iclasında iştirak etmiş və BDU adından Proqram layihə sənədlərini imzalamışdır. Tədbirdə MDB ölkələrinin nanotexnologiya üzrə müxtəlif dövlət qurumları iştirak etmişdir. Səfər zamanı BDU-nun alimlərinin təqdim etdiyi 2 innovasiya qrant layihəsi MDB-nin Nanotexnologiya üzrə innovasiya mərkəzinin müsabiqəsinin qalibi olmuşdur. Qrant layihələrinin hər birinin dəyəri 500000,0 Rusiya rubludur.
| Ətraflı1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |