Search

Axtarış


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

04/04/2019

4 aprel 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanoaraşdırmalar Mərkəzinin" böyük elmi işçisi, dosent Zöhrab Ədalət oğlu Ağamalıyev "Elektron mikroskopiya. Nümunələrin hazırlanması və tədqiqi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

07/03/2019

7 Mart 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məmmədyarova Sevinc " Texnoloji şəraitin Kobalt oksid nanozərrəciklərinin xassələrinə təsiri” adlı məruzə ilə və I kurs magistrantı Məmmədli Qubaxanım " Nanohissəciklərin Optik xassələrinin xarici elektrik sahəsində dəyişməsi" adlı məruzəsi ilə çıxış etmişlər. Çıxışın sonunda məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.


Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar keçirilib

26/02/2019

21 fevral 2019-cu il tarixində "Nanoaraşdırmalar mərkəzində" növbəti elmi seminar keçirilmişdir. Bu dəfə seminarda "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Lalə Rasim qızı Qəhrəmanlı " Sonokimyəvi üsulla alınmış CdxZn1-xS nanohissəciklərinin struktur və xassələrinə stabilləşdiricilərin təsiri” adlı məruzə ilə çıxış etmişdir. Çıxışın sonunda məruzəçi dinləyiciləri maraqlandıran sualları cavablandırmışdır.


RSS Feed

Xəbərlər

prof.M.Ə.Ramazanov Donetsk və Moskva şəhərlərində elmi ezamiyyətdə olmuşdur
23/04/2011

Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri prof.M.Ə.Ramazanov Donetsk və Moskva şəhərlərində elmi ezamiyyətdə olmuşdur.

prof.M.Ə Ramazanov 14 aprel  2011-cı il   tarixdən  17 aprel  2011-cı il tarixinə qədər Ukrayna Respublikasının Donetsk  şəhərində  MDB ölkələrinin "Ukrayna Texnolend" elmi-tətbiq muzeyinin təsis yığıncağında iştirak edərək, BDU adından sənədləri imzalamışdır.  Təsis yığıncağında "Ukrayna texnolend”inin muzey eksponentlərinin hazırlanmasında MDB ölkələrinin elm və təhsil müəssisələri üçün ayrıca guşələrin yaradılması qərara alınmışdır.O, həmçinin, 17 aprel 2011-ci il tarixdən 21 aprel 201-ci il tarixinə qədər olan dövrdə  Rusiya  Federasiyasının Moskva şəhərində Kimyəvi fizikanın enerji problemləri institutunda  müxtəlif ölçülü Al nanohissəcikləririnin  neft texnologiyasında  tətbiq etmək üçün birgə elmi tədqiqat işləri aparmaq barədə müzakirələr aparmışdır.  Qabaqcıl toz texnologiyaları təşkilatı ilə müxtəlif metalların nanohissəciklərinin alınıb BDU-ya gətirilməsi barədə razılıqlar əldə edilmişdir. Xromatek təşkilatından "Xromatek-Qazxrom 2000" xromatoqrafının alınması barədə danışıqlar aparmışdır.

| Ətraflı


Azərbaycanda nanotexnologiyanın inkişafı haqqında müsahibə
09/03/2011

BDU "Nanomaterialların kimyəvi fizikası" kafedrasının müdiri f.e.d. M.Ə.Ramazanov Azərbaycanda nanotexnologiyanın inkişafı haqqında  "Zerkalo" qəzetinə müsahibə vermişdir:

| Ətraflı


Nanoelm və nanotexnologiya adlı ensiklopediya çapdan çıxmışdır
04/03/2011

Azərbaycanın ğörkəmli alim və mütəxəssisləri akad. Azad Mirzəcanzadə, akad. Abel Məhərrəmov, Rövnəq Abdullayev, akad. Xoşbəxt Yusifzadə, prof. Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, f.e.d. Məhəmmədəli Ramazanov, Şəbiyar Şəfiyev və Elçin Kazımov tərəfindən təqdim olunmuş “Neft sənayesində nanotexnologiya” adlı elmi iş YUNESKO (BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı) tərəfindən yüksək qiymətləndirilib və bu qurumun “Nanoelm və nanotexnologiyalar. Həyatı təmin edən sistemlər ensiklopediyası”  kitabında rus dilində işıq üzü ğörüb. Bu ensiklopediya ilk dəfə YUNESKO-nun yardımı ilə ingilis dilində İngiltərənin EOLSS on-layn nəşriyyatı tərəfindən dərc edilib.

 

| Ətraflı


MDB ölkələrinin Gənc alimlərinin ixtisasartırma kursu
03/03/2011

30 yanvar -27 fevral 2011-ci ildə Nanomaterialların kimyəvi fizikası kafedrasının 2 əməkdaşı - Hacıyeva Flora Vidadi qızı və Əliyeva Sevinc Qərib qızı Rusiyanın Dubna şəhərinin Nüvə tədqiqatları mərkəzində keçirilən  MDB ölkələrinin Gənc alimlərinin ixtisasartırma kursunda iştirak  etmişlər. Onlar treninq zamanı Nüvə tədqiqatları mərkəzində  aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olmuşlar. Treninqin sonunda kafedranın əməkdaşları Ukrayna və Belarus Respublikalarının iştirakçıları ilə birgə layihə təqdim etmişlər və sertifikata  layiq görülmüşlər.

| Ətraflı


Növbəti elmi seminar
29/01/2011

29.01.2011 tarixdə kafedranın növbəti elmi seminarında  Dos.N.S.Nəbiyev "Çoxelektronlu sistemlərin kvant nəzəriyyəsi, molekuldan-kristala " mövzusunda məruzə ilə çıxış etmişdir.

| Ətraflı


Növbəti elmi seminar keçirilmişdir
25/12/2010

25 dekabr 2010 il tarixində növbəti elmi seminar keçirilmişdir. Seminarda Prof.A.A.Bayramov. Nanomaterials and Risk Assessment. Institute of Physics Azerbaijan National Academy of Sciences Baku Azerbaijan, Email: [email protected] çıxış etmişdir.

| Ətraflı


İsvecrənin Lozanna şəhərində ezamiyyət
13/12/2010

5 dekabr 2010-cu il tarixindən 12  dekabr 2010-cu il tarixinə qədər Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri f.e.d.M.Ə.Ramazanov və Nanoaraşdırmalar mərkəzinin  aparıcı elmi işçisi İ.Ə. Əhmədov İsveçrə Milli elm fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində İsvecrənin Lozanna şəhərində  ezamiyyətdə olmuşlar və layihənin koordinatoru Dr. Andrzej Sienkiewiczlə birgə yerinə yetiriləcək layihənin təqvim tematik planını müzakirə etmişlər.

| Ətraflı


“Nano araşdırmalar” ETM –i və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-i fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının tabeliyinə keçirilmişdir.
01/12/2010

Elm və təhsilin inteqrasiyasını gücləndirmək, Elmi Tədqiqat Mərkəzlərinin (ETM) və Elmi tədqiqat Laboratoriyalarının (ETL) elmi fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəltmək, elmi tədqiqat işlərinin keyfiyyətini daha da artırmaq məqsədilə BDU  rektorunun R-72 saylı 11.11.2010 tarixli əmri ilə “Nano araşdırmalar” ETM –i və “Radiasiya və onun ətraf mühitə təsiri” ETL-ı fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının tabeliyinə keçirilmişdir.

| Ətraflı


Kafedraranın dissertantı FLORA VİDADİ qızı HACIYEVA müdafiə etmişdir.
25/11/2010

Kafedraranın dissertantı FLORA VİDADİ qızı  HACIYEVA Kimya elmləri  üzrə fəlsəfə doktoru  dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı 25.11.2010 tarixdə müvəffəqiyyətlə müdafiə etmişdir. Bu münasibətlə kafedranın kollektivi təbrik edirlər.

| Ətraflı


Nanotexnologiya üzrə seminar keçirimişdir
30/10/2010

2010-cu il 30 oktyabr tarixdə Nanomateriallırın kimyəvi fizikası kafedrasının genişləndirilmiş elmi seminarı keçirilmişdir. Seminarın məqsəd və vəzifələri, gələcək gündəliyi haqqında kafedra müdiri Prof. M.Ramazanov  seminar iştirakçılarına məlumat vermişdir. Seminarda Nanoaraşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, b.e.n, dosent Əhmədov İsmət "Nanohissəciklərin və nanomateriallarən canlı orqanizmlərə təsiri - nanotoksikologiya" mövzusunda məruzə ilə çıxış etmişdir. Seminarda fizika, kimya, biologiya fakültəsinin və eləcə də AMEA-nın əməkdaşları iştirak etmişdir.

Seminar hər ayın sonunucu həftəsi VI günlər saat 10-00 keçiriləcəkdir. Hər tədris ilinin Sentyabr ayında başlayır və  İyul ayına kimi davam edir.
Əlaqə: Tel.: 99412-4387217, E-mail: [email protected], Veb site:http://nanomaterials.bsu.edu.az

| Ətraflı


F.e.d. Ramazanov M.Ə. Kiyev şəhərində keçirilmiş \"Nano 2010\" Beynəlxalq Elmi konfransda iştirak etmişdir
25/10/2010

Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri f.e.d.M.Ə. Ramazanov 19-22 oktyabr 2010-cu il tarixində Kiyev şəhərində keçirilən “Nano2010” adlı beynəlxalq konfransda iştirak edərək, məruzə ilə çıxış etmiş, “Metallar, ərintilər, keramikalar və kompozisiya materialların nanoquruluşlar” bölməsində iclasa sədrlik etmişdir. Konfrans zamanı M.Ə.Ramazanov konfransda iştirak edən bir sıra xarici ölkələrin alimləri ilə “nanomaterialların alınma texnologiyaları, tədqiqi və tətbiqi sahələrində nanoquruluşların riyazi və kompüter modelləşdirilməsi sahəsində” beynəlxalq layihələrdə iştirak barədə razılığa gəlmişdir.

| Ətraflı


Səudiyyə Ərəbistanı Krallığı Əbduləziz Texnologiya və araşdırma şəhərciyinin Milli Nanotexnologiya mərkəzinin direktoru D-r Soliman H. Al-Khowaiter kafedrada olmuşdur
14/10/2010

14 oktyabr 2010-cu il tarixində  Səudiyyə Ərəbistanı Krallığı Əbduləziz  Texnologiya və araşdırma şəhərciyinin Milli  Nanotexnologiya mərkəzinin direktoru D-r Soliman H. Al-Khowaiter  kafedrada olmuşdur. Nanotexnologiyanın neftçıxarmaya tətbiqi layihəsinin koordinatoru D-r Soliman H. Al-Khowaiter layihənin yerinə yetirilməsi ilə tanış olmuş və aparılan tədqiqat işlərini yüksək qiymətləndirmişdir.

| Ətraflı


13 oktyabr 2010-cu il tarixində Şotlandiyanın Glazqov Universitetinin professoru Vivienne Baumfield və Beynəlxalq ofisin əməkdaşı Caroline Bodie kafedrada olmuşlar.
13/10/2010

13 oktyabr 2010-cu il tarixində  Şotlandiyanın Glazqov Universitetinin professoru Vivienne Baumfield və Beynəlxalq ofisin əməkdaşı Caroline Bodie kafedrada olmuşlar. Kafedra müdiri f.e.d M.Ə.Ramazanovla gələcəkdə Glazqov Universiteti ilə nanotexnologiya sahəsində birgə elmi tədqiqat işləri aparmaq barədə razılığa gəlmişlər. Professor Vivienne Baumfield M.Ə.Ramazanovu Glazqov Universitetinə dəvət etmişdir.

| Ətraflı


İnnovasiya və texniki yaradıcılıq forumu
23/07/2010

Yuksek Molekullu Birləşmələr Kimyasi kafedrasinin magistri Hüseynova Nuranə Vaqif  qızı Tver oblastı Seliger gölü ətrafında keçirilən “İnnovasiya və texniki yaradıcılıq ” növbəsində MDB ölkələrinin öyrədici “Seliger” forumunda iştirak etmişdir.

Forumun məqsədi:

İş smeni çərçivəsində MDB ölkə iştirakçılarının öz layihələrini ekspertlərə təqdim edib idarə etmə və kommersiya sahəsində layihələr üçün lazım olan bilikləri əldə etmək və gələcək əməkdaşlıq şərtlərinin potensial investirlərlə müzakirə edə  bilməkdir.

| Ətraflı


MDB ölkələrinin III ali kursları
17/07/2010

Nanosistemlərin sinxtron və neytron tədqiqatları (SNT-nano-2010) kursları kafedranin magistrləri Cabbarova Könül Şahbaz qızı , Babayev Fəxri Hidayət oğlu Dubna şəhəri BNTİ-da, Kurçatov adına İnstitutda və Kristollaqrafiya İnstitutunda Gənc alim, aspirant və yuxarı kurs tələbələri üçün “Nanosistem və materialların müasir tədqiqat metodlarına” həsr olunmuş MDB ölkələri ali kurslarında iştirak etmişlər.
Kursun məqsədi: Nanosistem və materialların tədqiqat oblastlarında əldə olunmuş naliyyətləri və nanodiaqnostikada istifadə olunan müxtəlif eksperimental metodlarının imkanları ilə tanışlıq; Müxtəlif sahələrdə -fizika, kimya, biotibb, materialşünasliq və nanosistemlərin sənayesində nanosistemlər və materialların tədqiqi və diaqnostikası üçün sinxron süalanmanın səpilməsi və neytronların əlavə metodlarla birlikdə eksperimentlərin aparılması metodlarının öyrənilməsi; Nanosistem və nano-, bio-, informasiya və koqnativ texnologiyalar üçün materialların tədqiqatlarında fənlərarası yanaşmaların öyrənilməsi; Nanotexnologia, fizika, kimya, biologiya və materialşünaslıq sahələrindəki aktual məsələlər üzrə elmi diskusiyalarda iştirak təcrübəsinin alınması; Elmi tədqiqat işlərindəki təcrübələrin mübadiləsi.

| Ətraflı


Unikal imkanlara malik NTEGRA PRIMA markalı skanedici zond mikroskopu alınmışdır
09/07/2010

Səüdiyyə Ərəbistan Əbdül Əziz Krallığının verdiyi “Nanotexnologiyanın neftçıxarmaya tətbiqi” qrant proyekti çərçivəsi daxilində dəyəri 132600 $ məbləğində inikal imkanlara malik NTEGRA PRİMA markalı skanedici zond mikroskopu alınmışdır:

| Ətraflı


Ankarada Bilkent Universitetində Sənaye və Ticarət Nazirliyi ilə UNİDO tərəfindən nanotexnologiyaların inkişafı mövzusunda beynəlxalq seminar
04/07/2010

21 iyun -4 iyul tarixində  Ankarada Bilkent Universitetində Sənaye və Ticarət Nazirliyi ilə BMT-nin Sənaye İnkişafı  Təşkilatı (UNİDO) tərəfindən nanotexnologiyaların inkişafı mövzusunda beynəlxalq seminar keçirilmişdir.  “Nanomaterialların kimyəvi fizikası” kafedrasının baş laborantı Hacıyeva Flora Vidadi qızı Seminarın işində iştirak etmişdir.

| Ətraflı


Kafedra müdiri dos.Ramazanov M.Ə. Avroasiya Universitetləri Assosiasıyasının 23-24 aprel 2010-cu il tarixində Moskvada keçirilmiş “Universitetlər və cəmiyyət” III beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir
26/04/2010

Kafedra müdiri dos.Ramazanov M.Ə. Avroasiya Universitetləri Assosiasıyasının 23-24 aprel 2010-cu il tarixində Moskva - Lomonocov adına MDU-da keçirilmiş “Universitetlər və cəmiyyət” III beynəlxalq elmi-praktiki konfransında iştirak etmiş və “Azərbaycanda nanotexnologiyanın inkişaf yolları” mövzusunda çıxış etmişdir.

| Ətraflı


Ən yaxşı innovasiya proyektinə görə mükafat
17/04/2010

Kafedranın əməkdaşı Haciyeva Flora Vidadi qızı 12-15 aprel 2010 cu il tarixində MDB ölkələrin  “LOMONOSOV 2010” gənclərin elmi forumunda iştirak edərək təqdim etdiyi “Su səthindən neftin təmizlənməsinə nanotexnologiyanın tətbiqi” ən yaxşı innovasiya proyetinə görə diplomla mükafatlandirılmışdır.

| Ətraflı


İlin alimi
18/03/2010

Kafedranın kollektivi kafedranın mudiri dos.M.Ə.Ramazanovu 2009-cu ildə qazandığı elmi uğurlara görə BDU üzrə ilin alimi fəxri ad il təltif olunması münasibəti ilə təbrik edir və ona elmi yaradıcılığında müvəffəqiyyətlər arzulayır.

| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |